RU
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
23:04
388

“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb

Ukraynada keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı "exit-poll”un ilkin nəticələri açıqlanıb.
Ukraynanın yerli təşkilatlarının apardığı "exit-poll”un nəticələrinə görə, seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar bunlardır: Prezident Vladimir Zelenskinin "Xalqın xidmətçisi” partiyası seçicilərin 43,9 faizinin səsini toplayıb. İkinci yerdə "Həyat uğrunda - müxalifət platforması” gedib, onlar seçicilərin 11,5 faiz səsini qazanıblar. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun "Avropa həmrəyliyi” 8,9 faiz, Yuliya Timoşenkonun "Batkivşina” partiyası 7,6 faiz, ukraynalı müğənni Svyatoslav Vakarçukun "Səs” partiyası 6,3 faiz səs toplaya biliblər./AzərTac
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ