Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya Respublikası Müdafiə nazirinin müavini Yakub Landovski ilə görüşüb.
Bu barədə 7news.Az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
7news.Az








