RU
Çexiya XİN-in dövlət katibi Azərbaycana gəldi
14:06
441

Çexiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanda səfərdə olan Çexiya Xarici İşlər Nazirliyinin dövlət katibiPetr Qayduşek xarici işlər nazirinin müavini Nadir Hüseynovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ