RU
Çexiya XİN rəhbəri qəzaya düşdü - Helikopterlə xəstəxanaya çatdırıldı
10:40
335

Çexiya XİN rəhbəri qəzaya düşdü - Helikopterlə xəstəxanaya çatdırıldı

Çexiya xarici işlər naziri Lubomir Zaoralek avtomobil qəzasına düşüb.

7news.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmisi İrena Valentinova jurnalistlərə açıqlamasında bildirib.

İnsident Çexiyanın cənub-şərqində qeydə alınıb. Qəza nəticəsində ümumilikdə müxtəlif bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya yerləşdirilib. Başından xəsarət alan nazir isə helikopterlə Brno şəhər xəstəxanasına çatdırılıb.

Hazırda nazirin vəziyyətinin yaxşı olduğu və müayinədən sonra evə buraxıldığı vurğulanıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ