7NEWS.az xəbər verir ki, Çexiya Xarici İşlər Nazirliyi Moskva rəhbərliyinin Ukraynada başlatdığı müharibə səbəbindən Rusiya və Belarus vətəndaşlarına 2 ilə yaxındır tətbiq edilən viza və yaşayış icazəsi qadağasını qeyri-müəyyən müddətə uzatmağı planlaşdırır. Çex Xəbər Agentliyinin Xarici İşlər Nazirliyinə əsaslanaraq verdiyi xəbərdə Rusiyanın Ukraynada başlatdığı müharibəyə reaksiya olaraq Rusiya və Belarus vətəndaşları üçün viza və oturma icazəsi qadağasının qeyri-müəyyən müddətə uzadılmasının planlaşdırıldığı qeyd edilib. Xəbərdə Rusiya və Belarus vətəndaşlarına yeni viza və yaşayış icazələrinin verilməsini qadağan edən tənzimləmənin martın 31-də başa çatacağı bildirilib. Qadağa humanitar vəziyyətlərlə əlaqədar edilən müraciətləri əhatə etmir. Avropa İttifaqı (Aİ) ölkələrində vətəndaşlığı olan və ya Çex ailəsi ilə qohum olan şəxslər qısamüddətli viza üçün müraciət edə bilərlər.
7NEWS.az