"Bəli, etiraf edirəm və deyirəm ki, əvvələr pornoqrafik filmlərə çəkilmişəm. Aktrisa olmuşam. Lap təsəvvür edək ki, əvvəllər pis yolda olmuşam. Halbuki, pornoqrafik filmlərə çəkilmək adi işdir. Bəs belədirsə, məktəbdən məni indi niyə qovurlar?!"
7News.az KBSC-yə istinadən bildirir ki, ABŞ-ın Texas ştatındakı Dallas şəhərində yerləşən "Balch Springs Middle School in Dallas"da işindən kənarlaşdırılan sabiq müəllim Resa Vudvard belə deyir.
Onun sözlərinə görə, valideynlərdən biri onun vaxtilə çəkildiyi filmlərə baxandan sonra məktəb rəhbərliyinə xəbər verib, qalmaqal qopub.
"15 ildir müəllim işləyirəm. Gənclik illərimdə pornoqrafik filmlərə çəkilmişəm. Buna görə də işdən qovulmalıyam?" - R.Vudvard hüquqlarının pozulduğunu və məktəb rəhbərliyini məhkəməyə verdiyini deyib.
7News.az








