RU
Əxlaqsızlıq edərək günə 800 manat qazanan arvadının bədəni pozulmasın deyə - Uşaq doğmasına icazə vermir
17:29
1255

Əxlaqsızlıq edərək günə 800 manat qazanan arvadının bədəni pozulmasın deyə - Uşaq doğmasına icazə vermir

Əxlaq polisinin keçirdiyi əməliyyat nəticəsində 41 nəfər saxlanılıb.

7News.Az xəbər verir ki, Adana şəhərinin Təhlükəsizlik müdirliyinin əxlaq polisi 27 mart tarixində şəhərdə internet saytı üzərindən əxlaqsızlıq edildiyi ilə bağlı məlumat alıb və bundan sonra hərəkətə keçib. 11 əxlaqsızlıq saytında 52 qadına zorla fahişəlik etdirən Ali A.-nın evindəki polad kassada saxlanılan 182 min manat pul tapılıb. Saytın direktoru Muharrem Y.-nin isə platin və qızıl olaraq iki cür üzvlüyün olduğu saytda qadınları həftəlik 150-250 manat arasında üzv etdiyi bildirilib. 


Qruplaşmanın üzvü, qadınların bərbəri olan Burak A.-nın əxlaqsızlıq etdirdiyi qadınları saytlara verdiyi, fahişəliyə gedən qadınların isə saçlarını və şəxsi baxımlarını etdikdən sonra kişilərə göndərdiyi ortaya çıxıb.

Həmçinin əməliyyat zamanı rəsmi nikahda olan xanımlarına belə zorla əxlaqsızlıq etdirən Bayram U. və Gökhan A.-nın arvadlarını döyərək bu işi görməyə zorladığı, gündəlik 250 manat qazanan xanımının görüntüsünün pozulmaması üçün uşaq doğmasına icazə vermədiyi iddia edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ