RU
“Exo Moskvı”nın aparıcısını bıçaqlayan həbs edildi
17:40
895

“Exo Moskvı”nın aparıcısını bıçaqlayan həbs edildi

Moskvada Presnenskiy rayon məhkəməsi "Exo Moskvı” radiostansiyasının aparıcısı Tatyana Felhenhauerə bıçaqla xəsarət yeterən Boris Qritsin həbsi barəsində qərar verib.

Bu barədə  Rusiya KİV xəbər verib.

Məlumata əsasən, Qrits dekabrın 23-nə qədər həbsdə olacaq. Məhkəmənin gedişatı zamanı, o, günahını qismən boynuna alıb. 

Xatırladaq ki, oktyabrın 23-də günorta saatlarında naməlum şəxs "Exo Moskvı” radiosunun aparıcı Tatyana Felqenhauerə bıçaqla xəsarət yetirib. Boğaz nahiyəsindən yaralanan radio aparıcısı xəstəxanaya yerləşdirilib. İstintaqın gedişatı zamanı Tatyana Felqenhaueri bıçaqlayan şəxsin Boris Qrits olduğu məlum olub./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ