Ölkə başçısının həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin vəs.) özünü məşğulluğunun təşkili layihəsinə Expressbank-ın dəstəyi davam edir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə Expressbank-ın birgəlayihəsi çərçivəsindəbu günədək 10-dan artıq şəxs aztəminatlı ailə kateqoriyasından yeni biznes sahiblərinə çevriliblər.
Bu günlərdə Expressbank-ın təmənnasız yardımı sayəsində daha bir neçə soydaşımız həyatlarında yeni səhifə açaraq sahibkara çevrilmişlər. Balabəyov Şöhrət Callat oğlu, Cəlilov Vüqar Ənvər oğlu, Poladov Savalan Ağarəhim oğlu məhz həmin şanslı insanlar sırasındadırlar. Dülgərlik peşəsi üzrə biznesə başlayan hər 3 şəxsə işlərində uğurlar və işlərinin rahat getməsini arzulayırıq.
Əminik ki, bütün bu tədbirlər əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyicilərinin çoxalmasına xidmət edəcəkdir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddəbank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından vəya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.








