Uğur qazanmağın və zəmanənin əsas tələblərindən biri vaxta qənaət etmək, onu düzgün bölüşdürməkdir. Bu səbəbdən hər zaman müştərilərinə xüsusi qayğı və diqqətlə yanaşaraq, onların vaxtına dəyər verərək işlərinin daha rahat getməsi üçün çalışan Expressbank daimyeni texniki imkanlar, innovasiyalar, yeni layihələr üzərində çalışır.
Bu yeniliklərdən biri kimi Expressbank, daha bir layihəni yekunlaşdıraraq müştərilərinin
istifadəsinə təqdim edib. Belə ki, 04.08.2020-ci
il tarixindən etibarən, bankın Hüquqi şəxs və Fərdi sahibkar müştəriləri banka
gəlmədən xarici SWIFT ödənişlərini
"Expressbank Business” onlayn internet bankçılıq xidməti vasitəsi ilə icra edə
bilmək imkanı qazanıblar.
Bunun üçün "Expressbank Business”-də qeydiyyatdan keçmiş müştərilər ödəniş məlumatlarını İnternet Bankinqə daxil etdikdən sonra ödənişin əsası olan təsdiqedici sənədləri yükləməli və ödənişi ASAN imza ilə təsdiqləməlidirlər. Tələb olunan sənədlərin əlavə resurslar vasitəsi ilə banka göndərilməsinə artıq ehtiyac qalmır.
Qeyd
etmək istərdik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Expressbank Business” onlayn internet
bankçılıq xidməti vasitəsi ilə əməliyyatların sayında 51 % artım müşahidə
edilib. Bu da xidmətin rahatlığı və çevikliyi haqqında məlumat verir. Təsadüfi
deyil ki, SME Banking Club tərəfindən 2020-ci ilin araşdırmasına əsasən
"Expressbank Business” onlayn internet bankçılıq xidməti Azərbaycanda biznes
üçün İnternet Bankinq üzrə ilk üçlükdə yer alıb.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər
təklif edən "Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri
barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.








