RU
Əyləc əvəzinə qaz pedalını sıxdı
02:57
409

Əyləc əvəzinə qaz pedalını sıxdı

Çində dəhşətli qəza baş verib. Yol ayrıcında sükana hakim ola bilməyən sürücü avtomobili ilə 4 nəfəri əzib.
 
Yaralılar dərhal xəstəxanalara yerləşdirilib. Xoşbəxtlikdən onların həyatı üçün təhlükə sovuşub.
 
Dərhal hadisə yerinə cəlb olunan polislər, sürücünü nəzarətə götürüb. Məlum olub ki, işıqforun qırmızı işığında avtomobilini saxlamağa çalışan gənc, əyləc əvəzinə qaz pedalını sıxıb. Nəticədə ortaya belə dəhşətli mənzərə çıxıb.
 
Ümumiyyətlə son zamanlar Çində tez-tez oxşar qəzalar qeydə alınır. Sürücülərin əyləc əvəzinə qaz pedalını sıxması nəticəsində xeyli sayda insan dünyasını dəyişib. Sürücülər arasında bu barədə maarifləndirici tədbirlər təşkil olunsa da, görünür bütün bunlar hələki lazımı nəticəni vermir. /atv
 
7news.az
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ