RU
Əyləncə mərkəzində elektrokarı aşırdan və uşağın ölümünə səbəb olan müəlliməyə hökm oxunub
16:32
799

Əyləncə mərkəzində elektrokarı aşırdan və uşağın ölümünə səbəb olan müəlliməyə hökm oxunub

Qobustan rayon Məhkəməsində Bakı ş. sakini Aytən Əzizovanın (1971-ci il təv.) CM-nin 124.1-ci (ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, ötən il mayın 23-ü saat 13 radələrində Qobustan rayonun Çalov kəndində fəaliyyət göstərən “Hər fəsil"” istirahət əyləncə mərkəzində Bakı Oksford Məktəbi şagirdlərinin əyləndiyi elektromobil aşıb. Nəticədə maşında olan Dəniz Qorçu (2004-cü il təv.) aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib. Bundan əlavə şagirdlər, 11 yaşlı Ayla Hacızadə, 10 yaşlı Dinara Muxtarova, həmçinin məktəbin müəlliməsi Aytən Əzizova müxtəlif bədən xəsarətləri alaraq əvvəl Qobustan rayon mərkəzi xəstəxanasına çatdırılıblar. oradan isə Bakıda, Kliniki Tibbi Mərkəzə köçürülüblər.

İstintaqla müəyyən edilib ki, istirahət mərkəzində Aytən Əzizova qolf oyunu üçün nəzərdə tutulmuş elektrokarı idarə edərkən, döngədə onu aşırıb və nəticədə qəza baş verib.

Məhkəmə prosesində A.Əzizova ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsinə 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunmasını istəyib.

Məhkəmənin hökmü ilə A. Əzizova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ