RU
Əyləncə üçün əmisinin evindən oğurluq etdi
19:50
488

Əyləncə üçün əmisinin evindən oğurluq etdi

Gədəbəydə gənc oğlan əmisinin mənzilindən oğurluq edib. O, əldə etdiyi pulu əyləncəyə xərcləyib.

7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy sakini Razim Mehdiyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Söyüdlü kəndindəki mənzilindən xeyli miqdarda qızıl əşyalarının və nəğd pulun oğurlandığını bildirib. Zərərçəkənin müraciəti əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Gədəbəy polisi oğurluğun üstünü aça bilib.

Məlum olub ki, Razim Mehdiyevin mənzilindən oğurluq edən onun qardaşı oğlu Bahəddin Mehdiyevdir.
Bahəddin Mehdiyev oğurladığı qızıl- zinət əşyalarının bir qismini Şəmkir rayonunda satıb. Sonra isə istirahət məqsədi ilə paytaxt Bakıya yollanıb.

Bir neçə gün orada əylənən Bahəddin yenidən doğma rayonuna qayıdıb.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ