Ürək ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilən xəstə həkimləri şoka salıb.
Türkiyənin Ərzincan vilayətində yaşayan Bəkir Dəmirtaş həyat eşqi ilə hər kəsi təəccübləndirib. Həkimlərin təcili əməliyyat etdiyi 67 yaşlı pasient üçün ürək əməliyyatı heç də uğurlu alınmayıb. 2 damarı tutulan Dəmirtaşın cərrahiyyə masasında ürəyi qəfil dayanıb. Onu həyata qaytarmağa çalışan həkimlər buna nail olub.
Amma 67 yaşlı qoca üçün həyat başqa sürprizlər hazırlayıb. O, ölümlə həyat arasında qalıb. Beləliklə, əməliyyat zamanı 40 dəfə ürəyi dayanan Dəmirtaşıhəyata qaytarmaq mümkün olub.
Möcüzə nəticəsində sağ qalan ərzincanlının əməliyyatdan sonra oxuduğu mahnı isə xəstəxanada dillər əzbəridir.
7News.az








