2018-ci ildə Zimbabvedə prezident seçkiləri keçiriləcək.
7news.Az xəbər verir ki, lenta.ru saytının "Associated Press”ə istinadən verdiyi məlumata görə, seçkilərdə hazırkı rəhbər 92 yaşlı Robert Muqabenin də iştirakı gözlənilir. Təbii ki, əgər ömür vəfa etsə, həmin şəxs yenidən seçkilərdə iştirak edəcək.
Qeyd edək ki, R. Muqabe 1980-ci ildən ölkəyə rəhbərlik edir.
Zimbabvedə prezident seçkiləri sonuncu dəfə 2013-cü ildə keçirilib. Müxalifətin seçkilərdə qanunsuzluğa yol verildiyi ilə bağlı bəyanatına baxmayaraq o, yenə də qalib olub.
7news.Az








