ABŞ-ın "Boeing F-15Х” qırıcısı rekord sayda "hava-hava” sinfinə məxsus raketə (22) sahib olacaq.
7news.Az xəbər verir ki, bununla bağlı "The Drive” məlumat yayıb.
"Hava-hava” sinfinə məxsus 22 raketə alternativ olaraq, F-15X qırıcıları səkkiz belə raket və 28 ədəd GBU-39 aviabombası daşıya biləcək. Müqayisə üçün bildirək ki, Səudiyyə Ərəbistanının F-15SA qırıcısı "hava-hava” sinfinə məxsus 10 raket daşıya bilir.
Bu təyyarədə F-15 nəslinə məxsus digər qırıcılardan daxili qanadlarına, idarəetmə elementləri, APG-82 radarı, videonəzarət elektron sisteminə və infraqırmızı axtarış sisteminə görə fərqlənir.
Qırıcının pilotu ikinci nəsil "Joint Helmet-Mounted Cueing System” dəbilqə əldə edəcək.
7news.Az








