Facebook dünya üzrə demək olar ki, istifadəçilərin ən çox vaxt keçirdiyi sosial şəbəkədir.
Lakin Facebook son vaxtlar istifadəçilər arasında artan intihar hadisələrini azaltmağın yeni yollarını axtarır.
Facebook intihar hadisələrinin qarşısını almaq üçün yeni xidmətini istifadəyə verib. Araşdırmaların nəticəsinə görə, istifadəçilər paylaşımlarına gələn bəyənmə sayına və digər məsələlərə görə intihar edir. Facebook qrupu "intiharın qarşısını almaq" adlı xidməti istifadəyə verdiyini bildirib.
"İntiharın qarşısını almaq" xidməti hazırda sınaq mərhələsindədir. Və Avstraliyada sınaqdan keçirilir. Facebook intihar etmək istəyənləri əvvəlcədən müəyyənləşdirə biləcək və onlarla söhbət edərək bu hərəkətindən döndərməyə çalışacaq./atv
7news.az








