RU
“Facebook” istifadəçilərin hüquqlarını pozur
10:47
339

“Facebook” istifadəçilərin hüquqlarını pozur

“Facebook” şirkəti Avropada istifadəçi məlumatlarının məxfiliyinin mühafizəsi haqda mövcud qanunları pozmaqda ittiham edilir.

Almaniya və İspaniya daxil olmaqla artıq bir neçə ölkənin tənzimləyici orqanı “Facebook”la bağlı şikayət edib. Şəxsi həyatın qorunması üzrə Belçika Komissiyasının təşəbbüsü ilə başladılmış araşdırma daha da geniş vüsət alıb.

Tənzimləyici orqan “Facebook”dan sosial şəbəkənin təşkili sxemini dəyişdirməyi tələb edir və hüquq pozuntusuna görə hər gün üçün 250 min avro cərimə tələb edir. “Facebook”un nümayəndəsi isə bildirib ki, əgər bu tələbləri təmin etsək, şəbəkədə belçikalı istifadəçilərin işi xeyli dərəcədə çətinləşəcək: onlar daha mürəkkəb identikasiya prosedurundan keçməli olacaqlar.

İlk öncə “Facebook”un mövqeyi ondan ibarət idi ki, yalnız İrlandiyanın tənzimləyici orqanlarına tabe olmalıdır və başqa Avropa ölkələrinin tənzimləyici orqanları heç bir yurisdiksiyaya malik deyil. İndi şirkət regiondakı problemləri həll etmək üçün hakimiyyətdən kömək istəyib. Bildirək ki, Avropada “Facebook” istifadəçilərinin sayı yüz milyonlarla hesablanır və ötən il bu regionda gəliri 3 milyard dolları ötüb.

“Facebook” istifadəçilər haqda məlumat topladığını etiraf edib, amma şirkət iddia edir ki, bu məlumatlar yalnız botların aşkar edilməsində istifadə olunur./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ