Facebook administrasiyası Ankarada öldürülmüş Rusiya səfiri Andrey Karlovun şəklini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sosial şəbəkəsindəki səhifəsindən sildiyi üçün ondan üzr istəyib.
Bu haqda Zaxarova sosial şəbəkədəki səhifəsində bildirib.
"Facebook şirkəti Andrey Karlovun şəklini mənim hesabımdan sildiyi üçün üzr istədi və bərpa etdi", - deyə Zaxarova yazıb.
Qeyd edək ki, Türkiyədə Rusiya səfirinə silahlı hücum Ankarada dekabrın 19-da olub. Səfir aldığı çoxsaylı güllə yaralarından xəstəxanada həyatını itirib. Rusiyanın Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb./publika
7news.Az








