RU
“Facebook Messenger”də itən məlumatlar funksiyası olacaq
12:29
1261

“Facebook Messenger”də itən məlumatlar funksiyası olacaq

Smartfonlar üçün “Facebook Messenger” əlavəsi itən məlumatlar funksiyasına sahib olacaq. 

7News.az-ın “vistanews.ru” saytına istinadən məlumata görə, artıq istifadəçi özü onun həmsöhbətinin məlumatlarının görünmə müddətini seçə biləcək. 

Bildirilir ki, bu funksiya artıq hələ 2015-ci ilin sonunda sosial şəbəkənin Fransa seqmentində uğurla sınaqdan keçirilib. İnternetdə artıq iOS əməliyyat sistemi üçün “Disappearing messages” seçiminin işini nümayiş etdirən aktiv əlavənin skrinşotları görüntülənib.

Bundan sonra “Facebook”un rəsmi messencerinin istifadəçiləri özləri həmsöhbətinin onun məlumatlarını nə qədər müddətdə görə biləcəyinə qərar verə biləcəklər. Müəyyən vaxt bitdikdən sonra məlumatlar itəcək və onları bərpa etmək mümkün olmayacaq. Bundan əvvəl belə bir funksiya “Snapchat” əlavəsində də yaradılıb.
 
Əlavədə yeni funksiyanın görünməsininn dəqiq tarixi hələlik məlum deyil.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ