Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına” ictimai dəstək layihəsinin icrası davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına” ictimai dəstək layihəsinə əsasən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən Bakı şəhərinin Binəqədi, Nəsimi, Nizami, Pirallahı və respublikamızın Bərdə, Tərtər və Fizuli rayonlarındakı təhsil ocaqlarında "Milli Qəhrəmanlar” guşələri yaradılmışdır. Yaradılmış guşələrin və Milli Qəhrəmanlarımızın gənclərə tanıdılması sayəsində hər bir uşaq, yeniyetmə və gəncin Vətənimizin layiqli vətəndaşı, Torpaqlarımızın qəhrəman müdafiəçiləri olması üçün onların vətənpərvər ruhda böyüməsi, tərbiyə almasına xidmət edəcəkdir. Belə tədbirlərdən biri də Bakı Şəhəri, Binəqədi Rayonu 100 saylı təhsil ocağında keçirilən tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev və Zabit Quliyev həmçinin rayonun içtimai təşkilatları, Bakı şəhər Təhsil Şöbəsinin nümayəndəliyi və Respublika Veteranlar Şurasının sədr müavini Cəmil Məlikov iştirak etmişlər. Tədbir zamanı "Azərbaycanın Milli Qəhrəmanları” guşəsinin açılışı keçirildikdən sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnələr nümaiş etdirilmişdir../azpress.az
7news.Az