ABŞ-da prezident seçkilərinin keçirildiyi 8 noyabr tarixində "Facebook” sosial şəbəkəsi və "Twitter” mikrobloqunda istifadəçi fəallığı rekord həddə çatıb.
7news.Az "Lenta.ru”-ya istinadən xəbər verir ki, bu barədə "Facebook” və "Twitter”in yaydığı məlumatda bildirilir.
Məlumata əsasən noyabrın 8-də "Twitter”də seçki mövzusunda 75 milyon "tvit” yazılıb. Bu yalnız amerikalı istifadəçilərin "tvit”lərinin sayıdır. Müqayisə üçün deyək ki, 4 il bundan əvvəl – 2012-ci il seçkilərində "Twitter” istifadəçiləri bu mövzuda iki dəfə az "tvit” paylaşıblar. Həmin vaxt bu rəqəm 31 milyon təşkil edib.
"Facebook”da isə prezident seçkiləri 115 milyon amerikalı tərəfindən müzakirə olunub. Bu da rekord hesab olunur.
7news.Az








