Şotlandiyanın Ayrşir bölgəsində Bubba adlı it Milad bayramı üçün sahibi Devid Barrettin bişirdiyi hinduşkanın hamısını yeyib.
Mətbəxdə bişirilib hazır vəziyyətə gətirilən hinduşkanı sahibinin gözündən yayınıb yeyən Bubba sadəcə kiçik bir tikə saxlayıb. Özünə hinduşka ziyafəti verən itin sonrakı halı isə hamını güldürüb. O, bütöv hinduşkanı yedikdən sonra nəinki hərəkət etməyə, yerindən tərpənməyə belə çətinlik çəkib.
Sahibi Bubbanın gülməli halını "Facebook"da paylaşıb. Sözügedən fotolar qısa zamanda minlərlə istifadəçi tərəfindən paylaşılıb.
7News.az







