RU
16:31
497

"Facebook"dan TERROR XƏBƏRDARLIĞI

"Facebook" sosial şəbəkəsinin təhlükəsizlik bölməsi Taylandda terror törədiləcəyi haqda məlumat yayıb.

"Facebook" Banqkokda bombalı hücumun olacağıyla bağlı bölgədəki istifadəçilərinin etibarlı yerdə olub-olmamalarını bilmələri üçün təhlükəsizlik funksiyasını aktivləşdirib.

Xüsusiyyətin aktivləşməsinə Banqkokdakı hökumət binasına molotov kokteyli atan bir etirazçının səbəb olduğu məlum olub.

Bu vaxt partlayışla əlaqədar bir video paylaşılıb. Ancaq bunun 2015-ci ildə Banqkokda meydana gələn partlayışa aid olduğu müəyyən edilib.

İstifadəçilərin özlərini "təhlükəsiz" olaraq xəbərə işarələmələri isə "Facebook"-un yanlışlığa yol verdiyini ortaya çıxarıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ