RU
15:20
564

"Facebook"dan Türkiyə jesti - "Güvəndəyəm" - FOTO

"Facebook" İstanbulda baş verən terror hücumundan sonra həmin ərazidəki insanların təhlükəsizliyini yaxınlarına xəbər etmək üçün "(güvendeyim) təhlükəsizlikdəyəm" düyməsini aktiv hala gətirib.

Türkiyədə son zamanlar baş verən hücumlar "Facebook"u da bu mövzuda addım atmağa məcbur edib. İstanbulda baş verən terror aktından sonra istifadəçilər yaxınlarının təhlükəsizlikdə olub-olmadığına "(güvendeyim) təhlükəsizlikdəyəm" bildirişi ilə əmin ola biləcəklər.

Belə ki, bu ərazidə yaşayan hər hansı şəxsin təhlükəsizlikdə olması haqda düyməni aktiv etməklə ondan xəbərdar olmaq olur. Eyni zamanda, bu sistem üzərində istifadəçilərin "Facebook"da ən son nə vaxt paylaşım etdikləri öz əksini tapır. //technote.az

 
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ