Mütəxəsisslər "Facebook"la bağlı bədbin proqnoz yayıblar. Yaxın 2 il ərzində sosial şəbəkə nüfuzunu itirəcək, istifadəçi sayı isə 70 faiz azalacaq.
Şəbəkəni keçici xəstəliyə bənzədən mütəxəssislər, bir neçə ilə bu xəstəliyin aradan qalxacağına çox inanırlar. "Facebook"u bir neçə il əvvəl məşhur olan sosial şəbəkələrlə müqayisə edən mütəxəsisslər, həmin şəbəkələrin də bir müddət məşhur olduqdan sonra çox sürətlə reytinqini itirdiyini bildiriblər. Artıq bu ilin dekabrına kimi "Facebook" istifadəçilərinin 20 faiz azalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bütün bu yayılan xəbərlərə baxmayaraq, sosial şəbəkənin sahibi Mark Zukerberq boş oturmaq fikrində deyil. O, sosial şəbəkə istifadəçilərinə yeni xidmətlər təklif etməyə hazırlaşır.
7news.az








