Rusiyada qorxulu hadisə yaşanıb.
7News.Az rus mətbuatına istinadən xəbər verir ki, 3 yaşlı uşaq son anda xilas edilib. Mühafizəçilər uşağı yüksək sürətlə hərəkət edən qatarın altından çıxarıblar.
Maraqlısı odur ki, 3 yaşlı uşağın həyatını xilas edən mühafizəçilərdən biri Arsentiy Xəzəryan adlı erməni olub. Arsentiylə yanaşı Aleksandr Semiqlazov adlı rus da körpənin həyatını qurtarmaqda ona kömək edib.








