RU
FACİƏ! Bakıda bir ailənin bütün üzvləri yanğında öldü
09:42
566

FACİƏ! Bakıda bir ailənin bütün üzvləri yanğında öldü

Bu gün Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış (Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsətqızı və övladları - 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub./oxu.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ