Rusiyanın Başqırdıstan Respublikasının sərxoş sakinləri mərcin qurbanı olublar.
7News.Az bildirir ki, iyulun 24-də 36 yaşlı kişi və 47 yaşlı qadın Komsomolsk gölünün sahilində spirtli içki qəbul ediblər. Oktyabr rayonunun sakinləri daha sonra mərc gəliblər ki, gölü daha sürətlə keçə bilər.
Kişi gölün qarşı tərəfinə keçməyi bacarıb, lakin qadın gölün ortasında boğulmağa başlayır. O, qadını xilas etmək üçün geri qayıtsa da, bunu bacarmayıb. Nəticədə hər ikisi boğulub./milli.az/








