İsveçrədə 50 yaşlı bir kişi evdə hazırladığı saxta pulla əlaqədə olduğu 2 ayrı qadını aldadıb.
Yenisabah.az xəbər verir ki, adamın kələyinin üstü qadınlardan birinin banka gedib pulu hesabına köçürmək istəyəndə açılıb. 39 yaşlı qadın əskinasların fərqliliyini görüb və bankomat pulu qəbul etmədikdə polisə şikayət edib. Nəticədə kişinin iki dəfə-2019-cu ilin iyun və oktyabr aylarında saxta pul istifadə etdiyi, ilk dəfə qadınlardan birinə 1800 avro, ikinci dəfə digər qadına 8 min avro ödədiyi aşkarlanıb.
Adamın mühakimə olunduğu məhkəmədə Basel rayon Məhkəməsinin rəhbəri Lukas Heycmann, pulun ilk baxışdan saxta olduğu müəyyən edilə biləcəyini söyləyib. Məhkəmə sədri şəxsə, "Bu sikkələri niyə çap etmə ehtiyacı duydun?”, -sualını verdikdə isə, şəxs kor adamın belə onların saxta olduqlarını başa düşə biləcəyini deyib və qadınlardan birinin o pulu oğurladığını iddia edib.
Kişi dələduzluq, saxtakarlıq və saxta pulları dövriyyəyə buraxmaqda təqsirli bilinərək üç il həbs cəzasına məhkum edilib.
7NEWS.Az







