Türkiyənin tanınmış aktrisası Fahriye Evcen, sevgilisi Burak Özçiviti son zamanlar yaman qısqanır.
Sevgilisinin "Kara Sevda" serialındakı rol yoldaşı Neslihan Atagüllə səmim fotolarını gördükdən sonra, aktrisanın serialın çəkiliş meydançasına etdiyi sürpriz ziyarətlərin sayı çoxalıb. Burak Özçivit ilə Neslihan Atagülün baş rol paylaşdıqları "Kara Sevda" nın çəkilişləri isə davam edir. Ötən gün də Burak və Neslihanın səmimi bir səhnəsi mətbuatda yayımlanıb. İddialara görə, həmin səhnə Özçivitin sevgilisi Fahriye Evceni narahat etdi. Ötən axşam jurnalistlərin suallarını cavablayan Evcen, Özçiviti evdə çox az gördüyünü və onun üçün darıxdığını deyib: "Özüm də çox yorğun oluram. Onu evdə görə bilmirəm. Ona görə tez-tez çəkiliş meydançasına gəlirəm". /ATV.az
7news.az








