Xəbər verdiyimiz kimi bu günlərdə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncamı bütövlükdə cəmiyyətdə böyükdən-kiçiyə hər kəs sevinclə qarşılayıb. Məsələyə münasibət bildirən YAP GB-nin fəal üzvü Faiq Qurbanov Azərbaycan Respublikasının birinci xanımı,Heydər Əliyev Fondunun rəhbəri, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsini ölkəmiz üçün olduqca vacib addım olduğunu deyib: "Bu sərəncam Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir. Sərəncam həm siyasi, həm iqtisadi, həm mədəni, həm də sosial baxımdan böyük əhəmiyyətə malikdir. Mehriban xanımın çoxşaxəli fəaliyyəti göz önündədir. Eyni zamanda milli mədəni dəyərlərimizin qorunması birinci xanımın fəaliyyətinin prioritet istiqamətidir. Məhz onun səmərəli fəaliyyəti nəticəsində sovet dönəmində unudulmaqda olan mədəni dəyərlərimiz bərpa olundu, daha geniş yayıldı. Ən vacib məqam isə Mehriban xanımın idmana olan qayğısıdır.Ölkəmizdə keçirilən respublika və beynəlxalq idman yarışlarının təşkilat komitəsinə Mehriban Əliyevanın rəhbərlik etməsi artıq qazanılan uğurlardan xəbər verirdi.Sosial vəziyyəti aşağı olan vətəndaş və ailələrin hamisinin Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi layiqli qərardır. Biz gənclər əminik ki, Mehriban Xanım Əliyeva Birinci vitse-prezident kimi bundan sonra da Azərbaycan üçün daha böyük işlər görəcəkdir.
Təbrik edirik. Daim uğurlar arzulayırıq.
7news.Az








