RU
16:00
390

"Fani" Hindistanı vurmağa başladı

Hindistanda günlərdir böyük narahatlıqla gözlənən Fani qasırğası quruya çatıb.

 "Hindistan Times”ın xəbərinə görə, meteorologiya idarəsi qasırğanın Orissa əyalətinin Puri bölgəsindən saatda 180 km sürətlə irəliləyib.

Orissa əyaləti rəsmiləri bölgədə təhlükəsizlik məqsədilə bir gün ərzində bir milyondan çox insanın təxliyə edildiyini açıqlayıb. Ganjamda 300 min, Puridə 130 min insan təhlükəsiz sığınacaqlara yerləşdirilib. Sığınacaqlarda qalanlar üçün 5 min nöqtədə yemək hazırlanır.

Qasırğanın Hindistanda 9 bölgədə 10 min kənd və 52 ilçəyə təsir edəcəyi gözlənilir. Əhaliyə bu gün evlərindən çıxmamaları xəbərdarlıq edilib. Məktəblərdə tətil elan edilib, təyyarə və qatar səfərləri təxirə salınıb.

Sahil və Dəniz qüvvələri xilasetmə tədbirlərinə ehtiyac olacağı ehtimalına əsasən, hazır vəziyyətə gətirilib. Qasırğanın saatda 200 kilometrdən çox olacağı gözlənilir./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ