RU
Fantastik əməliyyat! Uşağın kəsilmiş əlini görün harasına tikdilər - FOTO
16:00
402

Fantastik əməliyyat! Uşağın kəsilmiş əlini görün harasına tikdilər - FOTO

Çin cərrahları unikal əməliyyat həyata keçiriblər.


7news.Az medicina.az-a istinadən xəbər verir ki, amputasiya olunmuş uşaq əlini yenidən bərpa ediblər. Bu prosesin qeyri-adiliyi ondadır ki, həkimlər həmin əli əvvəlcə uşağın ayağına tikiblər.

Hadisənin təfərrüatı belə olub:
Çində Min Lİ adlı məktəbli qız səhər dərsə gedərkən yolda traktorun altında qalıb və onun sol qolunu demək olar ki tam qopub. Eyni zamanda qol, çiyin o dərəcədə əzilib ki, qolu yenidən yerinə tikmək mümkünsüz olub. Buna görə də çinli cərrahlar maraqlı metod seçiblər: amputasiya olunmuş əli qızın ayağına tikirlər ki, əl tədricən regenerasiya olunsun.

 

3 ay sonra çiyin və qol bərpa olunandan sonra cərrahlar həmin əli yenidən öz yerinə tikirlər. 2 il sonra Mİn Li normal qol və əli ilə həyatına davam edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ