RU
Faşist qruplaşmasının lideri 17 il müddətinə azadlıqdan məhrum edildi
16:14
78

Faşist qruplaşmasının lideri 17 il müddətinə azadlıqdan məhrum edildi


6 yanvar 2021-ci ildə ABŞ-da konqres basqını zamanı polisə kimyəvi maddə səpərkən görünən "Proud Boys” qrupunun lideri Co Biggs 17 il həbs cəzasına məhkum edilib.

7NEWS.az xəbər verir ki, 6 yanvar 2021-ci ildə ABŞ Konqresinə hücumla bağlı məhkəmə indiyə qədər çıxarılan ən ağır hökmlərdən biri ilə nəticələndi. Faşist "Proud Boys” qrupunun lideri Co Biggs hücumda rol aldığı üçün 17 il həbs cəzasına məhkum edilib. Biggs ilə mühakimə olunan və 15 il həbs cəzası alan Zachary Rehl də məhkəmədə ağlayıb. Prokurorlar hücumun "təhrikçisinin" Joe Biggs olduğunu iddia etdilər. 38 yaşlı Biggs 8 il ABŞ ordusunda xidmət etmişdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ