RU
Fatih Terim milli komandadan ayrılır
11:22
1217

Fatih Terim milli komandadan ayrılır

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim istefa vermək istədiyini bildirib.

7News.Az xəbər verir ki, o, ölkə futbol federasiyasının prezidenti Yıldırım Dəmirörənlə görüşüb və yığmadan ayrılmaq qərarı verdiyini açıqlayıb: “AÇ-2016-da məni və futbolçularımı çox tənqid etdilər. Haqqımız olmayan sözlər eşitdik. Xorvatiya və İspaniya matçından sonra deyilənlər həzm ediləcək sözlər deyil. Çox pis durumdayıq hamımız. Mən artıq yoxam. Yeni sezona başqa bir baş məşqçi ilə davam etsəniz daha yaxşı olar. Bu günə qədər göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Bundan artıq davam etmək istəmirəm”.

Türkiyə mətbuatının verdiyi məlumata görə, TFF prezidenti Dəmirörən Terimin istefasını qəbul etmək istəməyib: “Əsil işimiz bundan sonra başlayır. Siz tənqidlərə qulaq asmayın. Bizim sizə güvənimiz hər zaman tamdır. Sizin milli komandanın baş məşqçisi olmanız bizim üçün güvəndə olmaq deməkdir. Biz hər zaman sizin arxanızdayıq. Komandamızı dünya çempionatına aparacağınıza əminik. AÇ-2016 bizim üçün bir təcrübə oldu”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ