Bakı marketlərində qeyri-mövsümi meyvələrin fantastik qiymətə satılmasından sonra daha bir ərzaq məhsulu hədsiz dərəcədə bahalaşdırılıb.
Bu dəfə qiyməti şişirdilən ərzaq qoz ləpəsi olub. “Favorit” marketdə yerli qoz ləpəsinin 1 kiloqramı 36 manat 72 qəpiyə satılır.
Məsələ ilə bağlı “Favorit” marketlə əlaqə saxladıq. Marketdən əməkdaşımıza bildirlib ki, sözügedən qiymətə olan qoz ləpəsi artıq marketdə satılmır: “O, yerli qoz ləpəsi idi. Lakin artıq marketlərimizdə yoxdur”.
O da bildirilib ki, hazırda marketdə 3 növ xarici qoz ləpəsi satılır: “Ən bahası 25 manat 29 qəpikdir, ən ucuzu isə 16 manat 89 qəpiyə satılır”. /aznews
7News.Az








