Xocalıda törədilmiş soyqırımın 26-cı ildönümü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayıb.
Məsələnin əhəmiyyətini BNEWS.az saytına şərh edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdiyini önə çəkib: "Bütün cinahlardan hamının bunu etməsi vacibdir. Xocalıda törədilmiş soyqırımın hər il xatırladılması, insanların yaddaşına yerləşdilməsi bizim marağımıza uyğundur. Bu baxımdan bu cür təşəbbüsləri ancaq dəstəkləmək və müsbət bir tendesiya kimi qiymətləndirmək lazımdır”.
Onun sözlərinə görə, ermənilər qondarma "erməni soyqırımı”nın dünyada qəbul olunmadığını bilirlər: "Ermənilər hər il qondarma "erməni soyqırımı”nın dünyada yaymaqda əsas məqsədləri odur ki, gec-tez bir-iki dövlət qondarma iddalara dəstək verməyə başlayır. Məhz bu da onların təbliğatına çevrilir. Biz də hər dəfə Xocalıda törədilmiş qırğınla bağlı dünya ictimaiyyətini məlumatlandırmalıyıq”.
7News.az








