RU
 Fazil Mustafa radikallara səsləndi: “Dolmanızı lavaşınıza büküb
11:46
450

Fazil Mustafa radikallara səsləndi: “Dolmanızı lavaşınıza büküb "Sarı gəlin"dən də zümzümə edərək...”

"Son günlərdə ölkəmizdə bölücülüklə məşğul olan və din pərdəsi altında xaricdən idarə olunan radikal qüvvələrlə apardığımız polemikalara münasibət sərgiləyən milli mətbuatımızda başlığa "məzhəb davası” ifadəsinin çıxarılması məni istər-istəməz otuz il öncəyə qaytardı. Şuşanın yaxınlığında Topxana meşəsini ermənilər dağıdaraq inşaat aparmağa başlayırdılar, biz sadəlövh azərbaycanlıların çoxunun məsələyə baxışı sadəcə bir "meşə davası" kontekstində idi. Ona görə də əgər mətbuatda belə adını düzgün qoya bilmiriksə və ya düzgün qoymaq istəmiriksə, prosesin sonunun necə yekunlaşacağı Qarabağ məsələsində olduğu kimi indidən bəllidir. Ona görə də otuz il keçməsinə baxmayaraq biz ermənilərlə hələ də düşünülmüş və məqsədyönlü Qarabağ davası apara bilmirik, təfəkkürümüz "dolma", "lavaş" savaşından hələ də bir üst qata yüksələ bilmir”.

7News.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, illərdir dövlət orqanları tərəfindən dini radikalizmə qarşı müəyyən tədbirlər görülür, ancaq bu işdə bütün cəmiyyətin, medianın həssaslıq göstərməsi yetərli olmadığından, istənilən nəticə əldə edilməyib:

"MTN-də məlum bandanın iş başına gəlməsi ilə bir müddət iş adamlarını soymaq fəaliyyətləri dövlətin təhlükəsizliyini qorumaq işindən xeyli önə çəkildi, dini qurumlarla iş kimi mühüm sahə də siyasi cəhətdən yetkin olmayan şəxslərə həvalə edildi, əsasən Daxili İşlər Nazirliyinin nəzarəti hesabına xaricdən idarə oluanan radikal qrupların az-çox zərərsizləşdirilməsi mümkün oldu. Bununla belə, həmin qrupların dövlət orqanlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, eləcə də sosial şəbəkələrdə sistemli şəkildə şəbəkələşməsinin qarşısını almaq mümkün olmadı.

Bu gün daha münbit bir mühit mövcuddur, MTN-nin yeni rəhbərliyininn, eləcə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin məsələyə nə qədər həssas yanaşdıqları və problemin mahiyyətini dərindən anladıqlarını az-çox bilirik. Daxili İşlər Nazirliyinin dini radikalizmə qarşı prinsipial davranışını isə əlavə xatırlatmağa ehtiyac duymuram. Belə bir vəziyyətdə bir çox aparıcı media quruluşumuzun bilərəkdən və ya bilməyərəkdən məsələyə bəzən qeyri-peşəkar və yaxud laqeyd yanaşması dövlət qurumlarının bu sahədə fəaliyyətinin effektini xeyli aşağı salır”. 

Millət vəkili iddia edir ki, bu, qəsdən tirajlandığı kimi bir "məzhəb davası" deyil, çünki xaricdən idarə olunan dini şəbəkənin dövlətimizə qarşı fəaliyyəti çoxşaxəlidir. Kimlər ki, başqa ölkədə yaşayan və həmin ölkənin siyasi maraqlarını təmsil edən bir şeyxdən, bir ayətullahdan, bir camaat liderindən təlimat alaraq fəaliyyət göstərirsə, hansısa məqamda Azərbaycan Respublikasının qanunlarına itaətsizlik göstərmək risqini də özündə ehtiva edir: "Xaricdə kiməsə simpatiya başqa şeydir, kiminsə dini görüşlərini bəyənmə başqa şeydir, söhbət bu və ya digər formada təlimat almaqdan gedir. Bunun isə məzhəblə heç bir əlaqələndirilməsi ola bilməz, qonşu ölkələrin hamısından bu cür təhlükələr az və ya çox dərəcədə gəlir və hesab edirəm ki, prinsipial mübarizə aparılmasa, bu arzuolunmaz tendensiya ən böyük dəyərimiz olan Azərbaycan dövlətinin təhlükəsizliyi üçün ciddi risqlər yaranda bilər. Bu səbəbdən də, məsələni bir "məzhəb davası" kimi ironik formada anlayanlara, başlığa çıxaranlara tövsiyə edərdim ki, elə dolmanızı lavaşınıza büküb "Sarı gəlin"dən də zümzümə edərək ermənilərlə populist söz savaşınıza davam edin. Dolmanı, lavaşı və qarnının başqa tələbatını bir kənara qoyub "Bu Vətən bizimdir!" davasını aparanlara əngəl olmamanız isə ən böyük dəstəyimiz olardı”.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ