RU
Fed
12:52
24

Fed "Deutsche Bank"ı 186 milyon dollar cərimələyib


ABŞ Federal Ehtiyat Sistemi "Deutsche Bank" və onun ABŞ-dakı törəmə şirkətlərini çirkli pulların yuyulmasının qarşısını almaq üçün adekvat tədbirlər görmədiyi üçün 186 milyon dollar cərimələyib.

7NEWS.az xəbər verir ki, Federal Ehtiyat Bankı 2015 və 2017-ci illərdə "Deutsche Bank" ilə "təhlükəsiz və əsassız təcrübələr" və sanksiyalara riayət edilməsi və çirkli pulların yuyulması ilə mübarizə üzrə müqavilələri pozduğuna görə bankı 186 milyon dollar cərimələyib.

Açıqlamada, "Deutsche Bank"ın sözügedən razılaşmalar çərçivəsində kifayət qədər irəliləyiş əldə etmədiyi və "Danske Bank"ın Estoniya filialı ilə əvvəlki əlaqələri ilə bağlı çirkli pulların yuyulmasına qarşı daxili nəzarət və idarəetmə proseslərində zəif qaldığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ