RU
FED uçot dərəcəsini artırıb
23:40
504

FED uçot dərəcəsini artırıb

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası əsas uçot dərəcəsini 0,5‒ 0,75%-dək artırmaq barədə qərar qəbul edib.

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ