RU
Fədayə Laçınla birlikdə həbs olunan vəzifəli şəxs son söz dedi
15:19
343

Fədayə Laçınla birlikdə həbs olunan vəzifəli şəxs son söz dedi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

7News.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev son sözlə çıxış edib. 

O, günahsız olduğunu, özünü təqsirli bilmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Daha sonra qarovul rəisinin müavini Tural Poladxanov son söz deyib. 

O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib. 

Məhkəmə iclası dekabrın 26-dək təxirə salınıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ