RU
Fəhləni cərəyan vuraraq öldürüb
15:50
30

Fəhləni cərəyan vuraraq öldürüb

Fəhləni tikintidə elektrik cərəyanı vuraraq öldürüb 

Türkiyənin Şanlıurfa bölgəsində elektrik cərəyanı vuran inşaat işçisi 26 yaşlı Mahsun Kurt həyatını itirib. 

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Viranşehir mahalının Yabanı Məhəlləsində baş verib.  

Tikintidə suvaqçı işləyən Mahsun Kurt açıq qalmış elektrik kabelinə toxunaraq onu elektrik cərəyanı vurub. Ağır yaralanan Kurt təcili yardımla Viranşehir Dövlət Xəstəxanasına aparılıb.  

Kurtu xilas etmək mümkün olmayıb. Meyit yarılmaq üçün məhkəmə tibb müəssisəsinin meyitxanasına aparılıb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ