Fələstin prezidenti Mahmud Abbas bəyan edib ki, Fələstin beynəlxalq aləmdə tanınan bütün qərarlara riayət edildiyi halda, İsrail ilə hər zaman sülhə hazırdır.
Bu barədə 7news.Az RİA Novosti-yə istinadən xəbər verir.
"Biz iki dövlətin qərarı əsasında, beynəlxalq aləmdə tanınan bütün qərarlara riayət edildiyi halda, eləcə də ərəb sülh təşəbbüsü əsasında İsrail ilə sülhə hər zaman hazırıq. Biz İsrailin mövcudluğunu tanımağa hazırıq, amma bu tərəfimizdən havayı olmamalıdır”, - Abbas Rusiya-Fələstin danışıqları üzrə deyib.
7news.Az








