Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail ordusunun hücumları səbəbindən Rəfahın Əl-Məvasi bölgəsindəki səhra xəstəxanasının boşaldıldığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətinin X sosial media platformasında verilən açıqlamada İsrail ordusunun son günlər köçkün fələstinlilərin çadırlarını bombaladığı Rəfah şəhərindəki səhra xəstəxanası ilə bağlı məlumat verilib. Bildirilib ki, Qırmızı Aypara təşkilatı çərçivəsində fəaliyyət göstərən Qüds Sahə Xəstəxanası İsrail ordusunun hücumları səbəbindən dünən Rəfahdakı Mevasi bölgəsindən Xan Yunus şəhərindəki hissəyə köçürülüb.
7NEWS.az








