XXXI Yay Olimpiya Oyunlarında çıxış edən amerikalı üzgüçü Maykl Felps turnirin növbəti qızıl medalını qazanaraq 23 qat olimpiya çempionu olub.
7news.Az-ın xəbərinə görə, Maykl Felps dörd 100 metrlik distansiya üzrə (4 x100 m) qarışıq estafetdə birinci olub.
Qeyd edək ki, 23 olimpiya qızıl medalından dördünü o, Rio-de-Janeyroda qazanıb. Bu göstəricinin mütləq rekord olduğu qeyd olunur.
İlk olimpiya mükafatını o, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunları zamanı qazanıb. Onun aktivində ümumilikdə 27 olimpiya medalı var (23 qızıl, 2 gümüş və 2 bürünc).
O, Oyunlarda qazanılan ümumi, eləcə də qızıl medallar üzrə mütləq çempiondur.
7news.Az








