Bu gün Avropa Liqasında fasilə başa çatır.
7News.Az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 1/16 finalın oyunlarına start veriləcək.
İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Türkiyə təmsilçisi "Fənərbaxça" evdə Moskva "Lokomotiv"ini qəbul edəcək. Matç Bak vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, 1/16 finalın qalan oyunları fevralın 18-də keçiriləcək.
16 fevral
Avropa Liqası, 1/16 finalın ilk oyun
21:00. "Fənərbaxça" (Türkiyə) – "Lokomotiv" (Moskva, Rusiya)
AZƏRBAYCAN
"İdman Azərbaycan"
21:00. "Fənərbaxça" - "Lokomotiv"
TÜRKİYƏ
TRT 1
21:00. "Fənərbaxça" - "Lokomotiv"
RUSİYA
"Matç TV"
21:00. "Fənərbaxça" - "Lokomotiv"
"Futbol 1"
21:00. "Fənərbaxça" - "Lokomotiv"








