Dünən "Fənərbaxça"dan ayrılan Dieqo Ribasın yeni klubu müəəyyənləşib.
7News.az-ın xəbərinə görə, braziliyalı yarımmüdafiəçi "Flamenqo"ya transfer olub. Bu barədə Braziliya klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, D.Ribas dünən "Fənərbaxça" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.








