RU
13:17
437

"Fənərbaxça"nın futbolçusu 1 aylıq sıradan çıxdı

Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda bu axşam "Ayaks"la qarşılaşacaq "Fənərbaxça" ciddi itki ilə üzləşib.

7News.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın futbolçusu Lazar Markoviç zədələnərək sıradan çıxıb.

Superliqada "Osmanlıspor"la görüşdə zədə alan serbiyalı futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Zədə səbəbindən Markoviç "Ayaks"la oyun üçün Hollandiyaya aparılmayıb.

Qeyd edək ki, müqavilə ilə "Liverpul"a məxsus olan 21 yaşlı futbolçu "Fənərbaxça"da icarə əsasında oynayır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ