RU
Fənn olimpiadalarının keçirilməsində fərqlənən bir qrup təhsil işçisinə fəxri ad verilib - SİYAHI
15:22
43

Fənn olimpiadalarının keçirilməsində fərqlənən bir qrup təhsil işçisinə fəxri ad verilib - SİYAHI

Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adı verilib.

Prezident İlham Əliyev oktyabrın 4-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Kərimov Nazim Baxış oğlu, Qarayev Fuad Abdurahman oğlu və Quliyev Rafiq Meyxoş oğlu mükafatlandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ